Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə
Komitəsi
The Committee for the Defence of the Rights of the World Azerbaijanis
Toplu
mehkemeye etiraz,
Əziz soydaşlar!
Bildiyiniz kimi Dey ayının 10-u, (01.01.2011) tarixində güney
Azərbaycanda milli haqlarımızı tələb edən milli fəallarımızın toplu
məhkəməsi geçiriləcəkdir. Əslində, saxta ittihamlarla geçirilən bu
qanunsuz məhkəmələr, özəlliklə bu toplu məhkəmə milli fəalların
simasında bütün Güney Azərbaycanın haqlı istəklərinin dara çəkilməsi
üçün aparılan çirkin oyundur. Uzun müddət şkəncələrə baxmıyaraq, bu
fədakar insanların boynuna yükliyəmədikləri ittihamların puçluğunu isbat
üçün, bu əzizlərimizin haq və hüquqlarını müdafiə üçün, dünya əfkari
ümumisini əleyhimizə aparılan zümdən xəbərdar etmək üçün, BMT insan
haqlari ali komiserliyi və başqa beynalxalq təşkilatlara ingilis dilində
yazıb unvanladiğimiz geniş və tutarlı məktubu sancaqlıyaraq huzurlarıza
təqdim edirik.
Bu müraciətdə istənilən məqam, beynalxalq təşkilatların öz
mandatlarından istifadə edib :
1-
Məhkəmənin açıq geçirilməsini təmin və nəticədə ittihamların puçluğu və
Tehran hakimiyətinin xalqımızın əleyhinə apardığı inanılmaz
düşmançılığın aydınlanması,
2-
Məhkəməyə nümayəndələr göndərərək, bu oyunların gülünç olduğunun
anlaşılması,
3-Hədə
qorxu gələrək millətimizin , özəlliklə cavanlarımızın haqlı tələblərinin
qarşısını almaq üçün nəzərdə tutulan asdı-kəsdi siaysətinin önlənilməsi,
Kimi tələblər olmuşdur.
Bu vəsilə ilə bütün soydaşlarımızdan xahiş olunur ki, bu məktubdan və
məhkəməyə çıxarılacaq şəxslərin haqqında onda olan geniş məlumatdan
istifadə edərək olduqları ölkələrdəki insan haqları qurumlarına müraciət
edərək Tehranın bu rüsvayçı oyunun qarşısını almağa çalışsınlar.
Şübhə yoxdur ki, təkcə məktub və müraciətlərlə deyil, eyni halda əməli
olaraq çeşitli yollarla bu dostlarımızı müdafiə etmək milli borcumuzdur.
Ən önəmli məkanlar Genev, Vaşington və London olmaq şərti ilə çox yerdə
tərtib edilən aksiyonlar məqsədə uygun sayılmaqdadır.
Bu vəsilə ilə Oslov-da olan soydaşlarımızdan da xahiş edirəm ki, bu ayın
29-u dəyərli dostumuz sayın Arif bəy kəskinin konfrans günündən
faydalanaraq, münasib yerde bir təzahüratın tədarükatını görməyə vəya
konfransın geçirliməsinə çalışsınlar. Şübhə yoxdur ki, bizlərdə bu
tədbirlərdə iştiraki milli borc saymaqdayıq.
Dərin hörmətlərimlə : Böyük Rəsuloğlu 24.12.2010
Uçaq nədən
düşdü ?
İstəkli
soydaşlar,
Az öncə TRT- nin verdiyi xəbərə görə Tehrandan Urmuya uçan Hollandya
yapımlı yolçu təyyarə Urmu yaxınlığında düşdü. Uçaqdakı 95 yolçunun
yarısı hadisədə vəfat etdi,
çoxlarının da durumu ağırdır.
Hər şeydən əvvəl bu vəsilə ilə sevgili Urmulu soydaşlarımın,
ölənlərin ailələrinin və məzlumiyət sacında qovrulan millətimizin
başı sağ olsun deyirəm. Tanrı ölənlərə rəhmət, qalanlara səbr əta
etsin.
Bu xəbəri eşidərkən bir həqiqəti açmadan geçmək doğru olmazdı.
Hollandiya yapıtlı bu uçaqlar Şah zamani alınmışdı və uzun zaman
Tehran İsfahan, Şiraz, Kirman kimi Fars şəhərlərinə uçduqlarını
xatırlayıram. O zaman modern olan bu təyyarələrin faydalı ömrünün
sona çatdığı hər mütəxəssisin beynində bir sual əlaməti doğurur.
Millətin cani ilə oynamaq nə zamana qədər dəvam edəcəkdir. Yanlış
xarici siyasət nəticəsində parçasız qalan bu vasitələr köhnəldikdən
sonra nədən Azərbaycanda işə salınmaqdadır.
Allah rasizmə lənət eyləsin.
Böyük Rəsuloğlu –
09.01.2011
Toplu
mehkemeye etiraz
Əziz soydaşlar!
Bildiyiniz kimi Dey ayının 10-u, (01.01.2011) tarixində güney
Azərbaycanda milli haqlarımızı tələb edən milli fəallarımızın toplu
məhkəməsi geçiriləcəkdir. Əslində, saxta ittihamlarla geçirilən bu
qanunsuz məhkəmələr, özəlliklə bu toplu məhkəmə milli fəalların
simasında bütün Güney Azərbaycanın haqlı istəklərinin dara çəkilməsi
üçün aparılan çirkin oyundur. Uzun müddət şkəncələrə baxmıyaraq, bu
fədakar insanların boynuna yükliyəmədikləri ittihamların puçluğunu isbat
üçün, bu əzizlərimizin haq və hüquqlarını müdafiə üçün, dünya əfkari
ümumisini əleyhimizə aparılan zümdən xəbərdar etmək üçün, BMT insan
haqlari ali komiserliyi və başqa beynalxalq təşkilatlara ingilis dilində
yazıb unvanladiğimiz geniş və tutarlı məktubu sancaqlıyaraq huzurlarıza
təqdim edirik.
Bu müraciətdə istənilən məqam, beynalxalq təşkilatların öz
mandatlarından istifadə edib :
1-
Məhkəmənin açıq geçirilməsini təmin və nəticədə ittihamların puçluğu və
Tehran hakimiyətinin xalqımızın əleyhinə apardığı inanılmaz
düşmançılığın aydınlanması,
2-
Məhkəməyə nümayəndələr göndərərək, bu oyunların gülünç olduğunun
anlaşılması,
3-Hədə
qorxu gələrək millətimizin , özəlliklə cavanlarımızın haqlı tələblərinin
qarşısını almaq üçün nəzərdə tutulan asdı-kəsdi siaysətinin önlənilməsi,
Kimi tələblər olmuşdur.
Bu vəsilə ilə bütün soydaşlarımızdan xahiş olunur ki, bu məktubdan və
məhkəməyə çıxarılacaq şəxslərin haqqında onda olan geniş məlumatdan
istifadə edərək olduqları ölkələrdəki insan haqları qurumlarına müraciət
edərək Tehranın bu rüsvayçı oyunun qarşısını almağa çalışsınlar.
Şübhə yoxdur ki, təkcə məktub və müraciətlərlə deyil, eyni halda əməli
olaraq çeşitli yollarla bu dostlarımızı müdafiə etmək milli borcumuzdur.
Ən önəmli məkanlar Genev, Vaşington və London olmaq şərti ilə çox yerdə
tərtib edilən aksiyonlar məqsədə uygun sayılmaqdadır.
Bu vəsilə ilə Oslov-da olan soydaşlarımızdan da xahiş edirəm ki, bu ayın
29-u dəyərli dostumuz sayın Arif bəy kəskinin konfrans günündən
faydalanaraq, münasib yerde bir təzahüratın tədarükatını görməyə vəya
konfransın geçirliməsinə çalışsınlar. Şübhə yoxdur ki, bizlərdə bu
tədbirlərdə iştiraki milli borc saymaqdayıq.
Dərin hörmətlərimlə : Böyük Rəsuloğlu 24.12.2010
Qara
taleimizə baş sağlığı ,
Qocaman mübariz ” İsmail
Şəmsin ” cansiz bədəninin yaşadığı daxmada tapılması bir millətin
faciəsi deyilmi ?
Bu qeyrət yükü soydaşımızın
ölümünü başda ailəsi olmaqla , hörmətli ustad Balaş bəy Azəroğlu,
dəyərli qardaşım Behruz bəy Həqqi və bütün soydaşlarımıza tesliyət və
başız sağ olsun deyirəm.
Uzun həyatı boyu ağır
çətinliklərə dözərək əyilmiyən bu milli mübarizlə son görüşüm 5 il öncə,
yəni 85 yaşlarındaykən olmuşdu. 40 yaşənda bir adamın energisi ilə
millətdən , Türklükdən və Azərbaycanın qurtuluşundan danışan bu böyük
insanın davranışlarına heyran olmuşdum. Əziz Behruz bəy Həqqi və Əlirza
bəy Miyanalının yaxından ilgiləndiyi bu Təbrizli mübarizin faciəvi
həyatının günahi kimdədir. yoxsulluq içində kimsiz- kimsəsiz daxmada
həyat sürənlərin və ya Məhəmməd Birya tək Sibri düşərgələrindən
qurtularaq nəhayət Təbriz küçələrində sərgərdan gəzib, həyatını
dəyişənlərin talei bir millətin qara taleidir məncə. Yüz ildir üzü
gülmüyən bu millətin bu günə qalmasının günahını başqa yerdə axdarmaq
doğru deyil fikrindəyəm. Bu mənim – sənin , bizim – sizin və qəflət
yuxusuna dalmış bir millətin hamısının günahıdır. Madamki millət ayılıb
ayağa qalxmayıb, madamki xaricdə oturanlar, abbas bəy Leysanlıları, Səid
bəy Mətinpurları, Leyla xanim Səfəriləri və Azərbaycan yolunda
həyatlarını qoymuş yüzlərcə qolu zəncirlini layiqincə müdafiə etməyib-
dünyaya səs salmayıb hələ başımızın bəlası çox olacaqdır. Ya əriyib
qurtulacayiq, yada xaricə qaçıb kəfənsiz öləcəyik.
Əl- ələ verib ayağa
qalxmağımızın zamanı çoxdan gəlib çatıb, hətta sovuşub. Bu zillətə, bu
qara günə, bu qara taleə son qoymaq üçün daha nə gözləyirik.
Bir daha dəyərli insan və
böyük mübariz rəhmətllik İsmail bəy Şəmsin vəfatını yaslıyaraq bütün
millətimizə baş sağlığı deyib, ona tanrıdan rəhmət, yaxınlarına dözüm
diləyirəm.
Böyük Rəsuloğlu
Üzün qara olsun faşizm;
Azərbaycanımızın qəhrəman balası Abbas bəy Leysanlı haqqında qamçı
hökmünün barəsində indicə aldığımız məlumat:
Bilindiyi kimi bugün Abbas bəy Leysanlının 18 aylıq saxta məhkəmədən
verilən zindan hökmü bitmişdir. Onu təziyqlərə məruz qoyub, mübarizədən
çəkindirmək üçün iki gündür , 50 qamçı hökmünün vurulması ilə
hədələndiyidə aydındır.
Bugün qamçı hökmünü icra etməyə götürsələrdə o böyük müqavimət
göstərərək cəlladlar qarşısında əyilməyib, nəticədə qamçılamağa gücləri
çatmayıb. Bu arada zindan məsulları ona yalvararaq “ mübarizədən əl çək,
sənə böyük imkanlar yaradq, istərsən xarici bir ölkəyə göndərək “
təkliflərini rədd edərək “ öldü var – döndü yoxdur” deyib.
Zindan və məhkəmə məsulları, şəhərin aqsaqqallarını, görkəmli
şəxsiyətlərini və Abbas bəyin bəzi dostlarını vasitə salaraq , onu bu
fikirdən vaz geçməyə çağırıblar. Qəbul etmədiyinə görə qamçıları
zindanın daxilində vurmağı qərara alıblar, əsgərlər isə
“
Abbas bəyi zorla yerə yıxma fərmanına qulaq asmıyaraq” bu işdən boyun
qaçırıblar.
Bu
hadisələrdən sonra, bugün azad olunması gözlənilən əziz Abbas bəyin
Keleybər və Əhər hadisələri məhkəmələrindən aldığı bir il məhkümiyəti
icraya qoyublar. Nəticədə bu saata qədər Abbas bəyi zindandan azad
etmədikləri aldığımız dəqiq məlumatlardır.
Ancaq bu hökmlər hələ ikinci məhkəmədə təyid olunmadığına görə bu çirkin
oyunun məsuliyətini kimin boynuna alacağı aydın deyil.
Qeyrətli Azərbaycan Türk milləti !
Faşizmin zindanlarında qolları zəncir yarası ilə sızlıyan millətimizin
seçginlərinin ürək yaralarını sağaltmaq üçün ayağa qalx.
Bu
qeyri insani , qeyri qanuni və zalimanə gedişata artıq, dur demənin
zamanı gəlmişdir.