|
Güney
Azerbaycan Problemi
Say (Ref.): 550/
2011
İlaygün (Date): 11 Oct 2011
|
BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cənəvrə; Lütfən
bu qeydiyyatı aşağıdakı qruplara çatdırın:
• Dr Əhməd Şəhid
• Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrup
• Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması
üzrə Özəl Raporter
• Çağdaş irqçilik, irqi ayrı-səçkilik və yadd-ellilərə
qarşı qatlaşmazlıq üzrə Özəl Raportər
• Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis
• Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl
Raportər
Üzü Dyke bəy, və Xanım Harrison, Amnesty International,
London
Habelə İnsan Haqlarını Gözətən və İnsan Haqlarına
Qulluqçu, BMT Habitat, başqa qurumlar
|

İpək xanım Fərid |
Sayın cənablar
İLƏTİŞMƏ 1: İPƏK XANIM (FƏRANƏK) FƏRİDİN
İNSAN HAQLARINI SAVUMA
Xanım
İpək (Fəranək) Fəridin insan haqlarını savunmaq üçün İlətişmə
1-i hüzurlarınıza sunuruq ki, o feminizm və qadın haqları üzərə
Güney Azərbaycanda tanınmış bir şəxsiyyət, milli hərəkət üzərə
bir aktivist və Urmu Gölünü dirçəltmək üçün bir kampaniyaçıdır.
İran yetkililəri onu öz-xoşuna (arbitrar) 3 Septambrda
yaxaladılar və bunla yanaşı yüzlər çevrə kampaniyaçı da
yaxalanmışdı (Özətçəmiz, Say: 546/ 2011, İlaygün: 5 Sep 2011).
Cədvəl 1 bu tutuqlu haqqında gərəkən bilgi onun savunması üçün
dərlənmiş.
İranın təhlükəsizlik məmurları İpək xanımı yaxalayar ikən ona əl
açıb və döymüşdülər, və dindirmə (təftiş) vaxtı ona işkəncə də
qıymışdılar. Ona qıyılan bu cəsarətlər nəticəsində o indi
gicəllənməyə və eşitmə probleminə məruz qalmışdır. Amnesty
İnternational onun uğrunda kampaniya aparmış və verdikləri
bilgiyə görə ona qarşı məhkəmə
(http://www.amnesty.org/en/library/asset/MDE13/078/2011/en/608c8e29-4671-49ab-b138-5a8cb9486e9f/mde130782011en.html)10
günlük öz-xoşuna qərar kəsmişdi.
Amensty İnternational kampaniyasından əlavə Belqradda toplaşan
77-inci Beynəlxalq Qələm Qurultayı da (12-18 Septambr 2011,
http://penreporter.blogspot.com/), İpək xanımın uğrunda
kampaniya etmişlər və onun şərtsiz həmən sərbəstliyə
buraxılmasını tələb etmişlər. Biz bu kampaniyalar ilə eyni
fikirdəyik ki, İpək xanıma qarşı kəsilən hökm öz-xoşuna və o
tutuqlu ikən işkəncəyə məruz qalmış. Bu haqsızlıqlara etiraz
üçün o indi aclıq aksiyası etmək zorundadır.
İpək xanımın savunması indi yalnız sizin mandatlarınızın
öhdəsindən gələr ki, İran yetkililərinin bu qədər öz-xoşuna
əməllərini önliyəsiz və İpək xanımın insan haqlarını yenidən
dirçəldəsiniz. Qayğnız üçün qabaqcadan minnətdarlığımızı
bildiririk.
Hörmətlə
Boyuk Resuloglu
Dünya Azerbaycanlılarının Haqlarını Müdafiə Momitəsinin Sədri
|