MÜRACİƏT: İRANIN GÜNEY AZƏRBAYCANDA YÜRÜTDÜYÜ İRQÇİLİK BARƏDƏ RAPORT
|
BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cənəvrə; Lütfən bu raportu Dr Əhməd Şəhidə çatdırınız və eləcə də aşağıdakı qruplara çatdırmanızı təvəqqə edərik:
• Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrup • Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter • Çağdaş irqçilik, irqi ayrı-səçkilik və yadd-ellilərə qarşı qatlaşmazlıq üzrə Özəl Raportər • Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis • Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raportər Üzü: Dyke bəy, və Xanım Harrison, Amnesty International, London Habelə İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu, BMT Habitat, başqa qurumlar |
![]() |
![]() |
| Cənab Rəfiq Tağı, İran fətvasına qurbalıq edilmiş bir qunezy azərbaycanlı yazıçı | Cənab Həsən Ərk İranın üzdən iraq məhkəməsində özünü savunan bir vicdan dustağı |
MÜRACİƏT: İRANIN GÜNEY AZƏRBAYCANDA YÜRÜTDÜYÜ İRQÇİLİK BARƏDƏ RAPORT
İran yetkililəri tərəfindən Güney Azərbaycanlılara qarşı yürüdülən aşağıdakı bir neçə dosyeni bu raport vasitəsi ilə sizin qayğılı diqqətinizə çatdırmaq istəyirik ki, bunlarda, İranda Arya ırqına dayanan fars şovinizminin damğası var:
- İranın bilərəkdən apardığı Urmu gölünü çölləşdirmə tutumuna qarşı etirazçılara öz-xoşuna divan tutmaq
- İran terrorizmi indi daha Güney Azərbaycan hüdudundan aşırılıb və Quzey Azərbaycana köçürülməkdə və buna tuşlanmış olan cənab Rəfiq Tağı təəssüflə 23 Noyabr 2011-də qurbanlıq oldu
- Fərdlərin dustaqlanması- qadaqda saxlanması- və hədələnməsinə bir icmal
- Güney Azərbaycanlı futbal azarkeşlərinə yürüdülən qaraqorxular
Biz bilirik ki, BMT insan haqları ali şurasının İran üzəre dənətçisinin raportunu buraxmağa vaxt olduqca daralmış. Sayın Ahməd bəy Şahidin ilkin raportu üçün aşağıdakı ucbatdan məyus olduğumuzu qabaqca hüzurlarınıza çatdırdıq ki:
- Raportunuz İran irqçiliyini ap-açıq ifşa etməkdə olduqca çatışmayan idi, axı İranda sıravi vətəndaşdan tutdu ali hökumət orqanlarının başındakılara qədər irqçilik ilə qaynaşırlar. Bu isə, sizin işlətdiyiniz İranda irqi tutum ifadəsi oradakı qəddar irqçiləri barındırır . Bu ifadəniz ilə, siz İranda irqçiləri müştəbeh salırsınız. İrana qarşı irqçi və irqçilik terminlərini ap-açıq işlətməsəniz, ədalətsizliyə yol verən siz olacaqsınız.
- Raportunuzda Urmu Gölündə bilərəkdən yürüdülən çölləşdirmə siyasətini ifşa etmədiniz və bunla yanaşı orada bilərəkdən qondurulan çevrə düşgünlüyünü də ifşa etmədiniz.
- Raportunuzda İran yetkililəri tərəfindən Güney Azərbaycana qıyılan geniş-ölçüdə tutuqlamalar əks edilmədi və burada İran yetkililəri aralarında cür-bə-cür gedən altdan-atldan düzəlişmələrə qarşı söz açılmadı
- Raportunuzda İranda idman üzərində qızğın gedən irqçiliyi ifşa etməyə fürsəti belə qaçırdınız
Bizim bu raport sizin üçün əlavə izahları qarşınıza qoyur ki, əncəki məlumatlara artırasız , istər bizim tərəfdən göndərilən, istərsə də başqa Azərbaycanlı qurumlar tərəfindən yaxud ölkədə başqa millətlər tərəfindən göndərilən məlumatların diqqətə alınması arzu edilmıəkdədir. Biz istərdik ki, masanı bir daha çevirək və ap-açıq deyək ki etnik Fars milləti sizin yardımınıza ehtiyacları var ki, onların üzünə birbaşa elan edəsiniz ki, onların irqçiliyi bundan buyana dünya toplumuna qəbul olunan deyil. Əyər İranda gedən irqçiliyi ifşa etməsəniz (mənzurumuz irqi tutum deyil, bizim demək istədiyimiz ap-açıq İran irqçiliyini dilə gətirməkdir), siz üzərinizdə olan mandatları yerinə yetirməmişsiniz. Biz bilərəkdən sözlərimizi çox gobudca seçmişik, buna görə üzr istəyirik lakin onları, gərçəyi göstərdiyinə görə dəyişmək istəmirik. Qabaqcadan qayğınız üçün minnətdarlığımızı bildiririk.
Hörmətlə
Boyuk Resuloglu
Dünya Azerbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin Sədri


