Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi

The Committee for the Defence of the Rights of the World Azerbaijanis

 
 

 

  
 
 
 

Qara taleimizə baş sağlığı ,

 

Qocaman mübariz ” İsmail Şəmsin ” cansiz bədəninin yaşadığı daxmada tapılması bir millətin faciəsi deyilmi ?

Bu qeyrət yükü soydaşımızın ölümünü başda ailəsi olmaqla , hörmətli ustad Balaş bəy Azəroğlu, dəyərli qardaşım Behruz bəy Həqqi və bütün soydaşlarımıza tesliyət və başız sağ olsun deyirəm.

Uzun həyatı boyu ağır çətinliklərə dözərək əyilmiyən bu milli mübarizlə son görüşüm 5 il öncə, yəni  85 yaşlarındaykən olmuşdu. 40 yaşənda bir adamın energisi ilə millətdən , Türklükdən və Azərbaycanın qurtuluşundan danışan bu böyük insanın davranışlarına heyran olmuşdum. Əziz Behruz bəy Həqqi və Əlirza bəy Miyanalının yaxından ilgiləndiyi bu Təbrizli  mübarizin faciəvi həyatının günahi kimdədir. yoxsulluq içində kimsiz- kimsəsiz daxmada həyat sürənlərin və ya Məhəmməd Birya tək Sibri düşərgələrindən qurtularaq nəhayət Təbriz küçələrində sərgərdan gəzib,  həyatını dəyişənlərin talei bir millətin qara taleidir məncə. Yüz ildir üzü gülmüyən bu millətin bu günə qalmasının  günahını başqa yerdə axdarmaq doğru deyil fikrindəyəm. Bu mənim – sənin , bizim – sizin və qəflət yuxusuna dalmış bir millətin hamısının günahıdır. Madamki millət ayılıb ayağa qalxmayıb, madamki xaricdə oturanlar, abbas bəy Leysanlıları, Səid bəy Mətinpurları, Leyla xanim Səfəriləri və Azərbaycan yolunda həyatlarını qoymuş yüzlərcə qolu zəncirlini layiqincə müdafiə etməyib- dünyaya səs salmayıb hələ başımızın bəlası çox olacaqdır. Ya əriyib qurtulacayiq, yada xaricə qaçıb kəfənsiz öləcəyik.

Əl- ələ verib ayağa qalxmağımızın zamanı çoxdan gəlib çatıb, hətta sovuşub. Bu zillətə, bu qara günə, bu qara taleə son qoymaq üçün daha nə gözləyirik.

Bir daha dəyərli insan və böyük mübariz rəhmətllik İsmail bəy Şəmsin vəfatını yaslıyaraq bütün millətimizə baş sağlığı deyib, ona tanrıdan rəhmət, yaxınlarına dözüm  diləyirəm.

                                                                                                                                                             Böyük Rəsuloğlu

 

 

Abbas bəy Leysanlı hardadır ?

 

Əziz soydaşlar ;

Bugün ( 31 dekabr)Təbriz vaxtı ilə saat 10:30 da millətimizin göz bəbəyi Abbas bəy Leysanlını Ərdəbil zindanından çıxararaq Əhər zindanına aparıblar. Ancaq Əhərli dostlarımızın verdiyi xəbərə görə hələ bu saata qədər ( Təbriz vaxtı ilə 17:00) onu Əhər zindanına tapışırmayıblar. Ərdəbildən Əhərə iki saatdan artıq sürəmiyəcəyinə görə onun dostları və ailəsi şiddətlə nigarandırlar.

Lütfən bu barədə dəqiq xəbəri olan dostlarımızın məlumat verməsi ürək sıxıntılarımızı azalda bilər.

Hər kəs bilirki, Abbas bəyin Əhər məkəmsindən aldığı bir il məhkumiyətə edilən etirazdan sonra hələ ikinci məhkəmə( təcdidi nəzər) aparılmayıb. Millətimiz və beynalxalq insan haqları müdafəçiləri bu qeyri insani, qeyri qanuni və zalimanə ədalətsizlikdən xəbərdar edilərək yardım istənməlidir. Lütfən imkanı olanlar bu məsələyə daha ciddi yanaşsınlar.

Bütün siyasi zindanilərimizin azadlığı arzusu ilə:

Böyük Rəsuloğlu

 

Üzün qara olsun faşizm;

Azərbaycanımızın qəhrəman balası Abbas bəy Leysanlı haqqında qamçı hökmünün barəsində indicə aldığımız məlumat:

Bilindiyi kimi bugün Abbas bəy Leysanlının 18 aylıq saxta məhkəmədən verilən zindan hökmü bitmişdir. Onu təziyqlərə məruz qoyub, mübarizədən çəkindirmək üçün iki gündür , 50 qamçı hökmünün vurulması ilə hədələndiyidə aydındır.

Bugün qamçı hökmünü icra etməyə götürsələrdə o böyük müqavimət göstərərək cəlladlar qarşısında əyilməyib, nəticədə qamçılamağa gücləri çatmayıb. Bu arada zindan məsulları ona yalvararaq “ mübarizədən əl çək, sənə böyük imkanlar yaradq, istərsən xarici bir ölkəyə göndərək “ təkliflərini rədd edərək “ öldü var – döndü yoxdur” deyib.

Zindan və məhkəmə məsulları, şəhərin aqsaqqallarını, görkəmli şəxsiyətlərini və Abbas bəyin bəzi dostlarını vasitə salaraq , onu bu fikirdən vaz geçməyə çağırıblar. Qəbul etmədiyinə görə qamçıları zindanın daxilində vurmağı qərara alıblar, əsgərlər isə

“ Abbas bəyi zorla yerə yıxma fərmanına qulaq asmıyaraq” bu işdən boyun qaçırıblar.

Bu hadisələrdən sonra, bugün azad olunması gözlənilən əziz Abbas bəyin Keleybər və Əhər hadisələri məhkəmələrindən aldığı bir il məhkümiyəti icraya qoyublar. Nəticədə bu saata qədər Abbas bəyi zindandan azad etmədikləri aldığımız dəqiq məlumatlardır.

Ancaq bu hökmlər hələ ikinci məhkəmədə təyid olunmadığına görə bu çirkin oyunun məsuliyətini kimin boynuna alacağı aydın deyil.

Qeyrətli Azərbaycan Türk milləti !

Faşizmin zindanlarında qolları zəncir yarası ilə sızlıyan millətimizin seçginlərinin ürək yaralarını sağaltmaq üçün ayağa qalx.

Bu qeyri insani , qeyri qanuni və zalimanə gedişata artıq, dur demənin zamanı gəlmişdir.

Saygilarimla : Böyük Rəsuloğlu    30 dekabr 2007

1 info@dunazhak.net